Bu gün İlham Əliyevlə Sergey Lavrovun görüşü olacaq

600@0Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan prezidenti İlham Əliyev bu gün görüşəcək.

ANS PRESS-in məlumatına görə, bunu “Ria Novisti” agentliyinə prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov deyib.

“Rusiyanın xarici işlər naziri və  Azərbaycan prezidenti arasında görüş yaxın vaxtlarda baş tutuacaq. Daha sonra mətbuat xidməti görüşün təfərrüatları barədə məlumat verəcək”, – deyə Azər Qasımov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR