Cəbhədə döyüş: Hacı Madər isə biznesinin başında

1460455090_2qDeputat Hacı Madər Musayev seçkilərdən sonra heç bir iclasda çıxış etməyib.

Vizual.az xəbər verir ki, cəbhədəki hərbi əməliyyatlardan sonra parlamentin iki iclası keçirilib və əksər deputatlar Silahlı Qüvvələrimizə dəstəyini ifadə edib.

Millət vəkilinin “ağzına su alıb” oturmasına səbəb başının şəxsi biznesinə qarşısması ilə bağlı olduğu deyilir. Deputat cəbhədə baş verənlərlə bağlı çıxış etmək əvəzinə, biznesini genişləndirməklə məşğuldur. Görünür, 5-ci dəfə mandatını alan M.Musayev öz işini bununla bitmiş sayır.

Qeyd edək ki, Madər Musayev “Favorit” marketlər şəbəkəsinin rəhbəridir. Seçicilər də M. Musayevin deputat fəaliyyətindən narazıdır: Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb.

M. Musayevin deputat fəaliyyətindən narazıdır: “Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb. Ona görə də, iddia edildiyi kimi Hacı Madərin deputat olmaqda məqsədi toxunulmazlıq qazanaraq biznesini qorumaq, daha da genişləndirməkdir.

Milli Məclis hələ Ali Sovet olan vaxtdan, 1990-cı ildən hər kəsin Hacı Madər kimi tanıdığı Madər Musayev deputatdır. Azərbaycanda 4-5 deputat var ki, bütün çağırışlarda millət vəkili seçiliblər, onlaradan biri də Hacı Madərdir.

Hacı Madər həm də Milli Məclisdə “ağzına su alıb” oturan deputatların başında gəlir. Bu günə kimi Hacı Madərin hansısa təklifi irəli sürdüyünü heç kim nə görməyib, nə də eşitməyib. Bu qədər passiv bir deputatın Milli Məclisdə nə işi var anlamaq olmur.

Hacı Madər hətta o qədər az danışandır ki, bir dəfə öz danışmaq hüququnu Zahid Oruca verib. Bundan başqa, Hacı Madərin marketində müştərilər aldadılır. Vətəndaşlar vitrinlərdə yazılan qiymətlərlə kassada ödənilən məbləğ arasında kəskin fərq görürlər.

Deputatın marketindəki bu özbaşınalıqlar barədə artıq İqtisadiyyat Nazirliyinə şikayətlər daxil olmaqdadır. “Favorit” marketlər şəbəkəsi müştəriləri aldadır, bəzi məhsulların kampaniyada olması barədə kitabçalar paylayır.

Bildirilir ki, kampaniyada olan məhsullar həddən artıq keyfiyyətsiz olur. Market bu yolla keyfiyyətsiz və vaxtı keçmiş məhsulları istehlakçılara sırımaqla pul qazanmağa çalışır. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirə bilər.

Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər.

Bundan başqa vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür.

Qeyd edək ki, Madər Musayevə məxsus “Favorit” marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vizual.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR