Çörək sexini 1 avroya evsizə satdı

img2053789Fransanın Dol şəhər sakini Mişel Flaman şəxsi çörək sexini yerli evsizlərdən birinə simvolik məbləğə  – 1 avroya satıb.
Bu barədə “The Local” xəbər yayıb. Xəbərə görə, 2015-ci ilin dekabrında dəm qazından az qala boğulub dünyasını dəyişəcək kişini 37 yaşlı evsiz Jerom Okan xilas edib. Həmin vaxt J.Okan xilasetmə xidmətinə zəng edib, eyni zamanda 62 yaşlı sex sahibini də xilas edib.
Xəstəxanadan qayıdandan sonra sex sahibi təşəkkür əlaməti olaraq evsizi işə götürüb.
Sex sahibinin sözlərinə görə, Jerom Okan olduqca tez bir müddətdə işin incəliklərini mənimsəyib və onun öhdəsindən gəlib. Onda kişi öz biznesini şagirdinə satmaq qərarına gəlib: “Məni pul yox, azadlıq maraqlandırır. Mən istirahət etmək istəyirəm. Eyni zamanda Jeromu da xoşbəxt edə biləcəmsə, niyə buna görə özümə icazə verməməliyəm?”
 Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR