Fizuli Aslanlının bacısı jurnalistə qarşı şantaja keçdi? – AUDİO + FOTOLAR

 Безымянный copyÖzü isə İsgəndər Xəlilovun və keçmiş ortağı Elbrusun adlarını eşidəndə kimliyindən imtina etdi

Aprelin 5-də Qafqaznews.az saytında “Bir azərbaycanlının Türkiyədə yaratdığı “Kurtlar Vadisi” – ARAŞDIRMA” başlıqlı yazı dərc olunub. Yazıda Musa Konak, Münir Boztəpə, Celal Zafer, Yusuf Konu və Ali Gergin adlı türkiyəli iş adamlarının Qafqaznews.az Fizuli Aslanlı adlı şəxsdən şikayətləndiyi qeyd olunurdu. “Mən Azərbaycanı və azərbaycanlı qardaşlarımı çox sevirəm. Hər zaman Azərbaycandan olan qardaşlarımla ortaq iş görməyə maraqlı olmuşam. Mənim qızım d12935255_1700918483501355_1670553595_na, bu günlərə qədər Azərbaycan Tibb Universitetində təhsil alırdı. La12969429_1700918276834709_206937555_nkin mənim 400 min dollar pulumu mənimsəyən şəxslər öz haqqımı tələb etdikdə məni qızımla təhdid etməyə başladılar. Bu təhdidlərdən narahat olaraq, qızımı dünən Türkiyəyə gətirdim, onun Bakıdakı təhsili də yarımçıq qaldı. Fizuli Aslanlı adlı fırıldaqçının yanında 18.03.1992 -ci il təvəllüdlü İmişli sakini Məmmədov Elton Yaqub oğlu, 10.10.1961- ci il təvəllüdlü Naxçıvan sakini Həsənov Hüseyn Həsən oğlu və Fizuli Aslanlının qohumu Azər adlı şəxs məni və mənim ailəmi öldürməklə, qızımı oğurlayıb başına oyun açmaqla məni təhdid edirlər”. M.Konak bizimlə söhbətində Fizuli a12968706_1700918343501369_473996357_ndlı şəxsin müxtəlif illərdə saxta pasport düzəltdirdiyini, gah Fizuli Məmmədov, gah Fizuli Mehdiyev, gah da Fizuli Aslanlı soyadlarından istifadə edərək, sayı 25-30 arası müxtəlif türkiyəli iş adamlarına 30 milyon dollardan çox pul “atmasından” söz açıb.12939466_1700918373501366_936043606_n

M. Konak bildirib ki, Fizulinin aldatdığı bir neçə iş adamını da tapıb, onlar polisə müraciət ediblər, lakin onu məsuliyyətə cəlb etmək mümkün olmayıb. “Polis baxıb ki, bunun sənədində soyadı Aslanlıdır, Mehdiyev deyil. Digər tərəfdən, müxtəlif şirkətləri oyuna salmaqla, özü kənarda qalıb. Bir çox adama da yerli vətəndaşla rəsmi nikaha girən həyat yoldaşı Aygün Kara adından çeklər verib, amma həmin çeklər boş çıxıb. Onun Türkiyədə 12 yaşlı Hüseyn Kara adlı oğlu da var. Özü dəfələrlə məhkəmə yolu ilə Azərbaycanda ad-soyadını dəyişdirir, sonra bura gəlib, kirə tutduğu bahalı avtomobillər, şıq geyimlərlə insanları aldadır.

Pasport məsələsində ona Naxçıvanda yüksək vəzifəli polis məmuru Sabo adlı birinin yardım etdiyini öyrənmişik. Mənim qızımı isə Elton adlı şəxs vasitəsi ilə təhdid edib”, – deyə Qafqaznews.az-a danışan iş adamı bildirib. Xatırladaq ki, redaksiyamızın əldə etdiyi məlumata görə, F.Aslanlının Hüseyn Abdullayev, İsgəndər Xəlilov kimi adamlara da “pul atdığı”, 11 milyon dollarlıq mübahisə nəticəsində Elbrus adlı ortağının 6 il əvvəl ona 11 bıçaq zərbəsi vurduğu və hazırda həbsdə yatdığı da sözügedən yazıda qeyd olunurdu. Aprelin 5-də yazının dərcindən bir neçə saat sonra, özünü Fizuli Aslanlının bacısı kimi təqdim edən bir xanım F.Aslanlı ilə danışdığımız mobil nömrəyə zəng edərək, bizə qarşı təhdid və şantajlar səsləndirib.12939112_1700918320168038_1250522430_n

Özünü təqdim etməyən  həmin xanım  bizimlə söhbətdə  prezidentin adından istifadə etməkdən belə çəkinmədi. “Azərbaycanda baş qarışıqdır. Şəhidlərimiz var. Amma inşallah, Allah qoysa sizə prezidentin yanından zəng vuracağam. Heç narahat olmayın” – deyə xanım bizi təhdid etdi. Həmin xanımın Fizuli Aslanlının bacısı olduğu bizdə şübhə doğurduğu üçün, biz belə bir qərara qəldik ki, bu xanımın danışığını ictimailəşdirək. Çünki Fizuli Aslanlı (pasportun f12970703_1700918466834690_1852731464_ootosurətində Aslanlı yazıldığı halda, özü əməkdaşımıza soyadının Məmmədov olduğunu demişdi- red.) bizimlə telefon danışığında naxçıvan ləhçəsi ilə danışırdı, ancaq “Fizulinin bacısı” bizimlə telefonda Şirvan-Muğan ləhçəsi ilə danışaraq hədələdi.

Çox güman ki, bu xanım Fizuli Aslanlın tanışlarından biridir və məhz onun sifarişi ilə, bizə zəng edib şantaj edir. Amma bir daha vurğulamaq istərdik ki, jurnalistləri təhdid edən və prezidentin adından istifadə edən şəxslər bununla nəyəsə nail olacaqlarına ümid etməsinlər.

Türk iş adamlarının dediyinə görə, F.Aslanlı bu cür fəndlər işlətməkdə mahir ustadır. Fizuli Aslanlının və özünü “onun bacısı” kimi bizə təqdim edən xanımın səs yazısını ictimaiyyətə təqdim edirik. Eyni zamanda, xatırlatmaq istərdik ki, ötən yazımızda Fizuli Aslanlı ilə telefon bağlantısı yaratdığımızı yazmış, onun fikirlərini dərc etmişdik. Amma həmin yazıda qeyd etmədiyimiz bəzi məqamlar da var. İlk isgenderxelilov1704əvvəl özünün Fizuli olduğunu təsdiqləyən, hətta Musa Konakı dostu adlandıran həmin şəxs söhbət inkişaf etdikdə adı hallanan iş adamlarını “xəstə” adlandırmış, sonda isə hətta öz adından belə imtina etmişdi.

Biz F.Aslanlıdan onu bıçaqlayan Elbrus və İsgəndər Xəlilov barədə soruşduqda, həmsöhbətimiz hiddətlənmiş, “Fizuli kimdir? Sən kimə zəng etmisən? Mən elə adam tanımıram” deyəyək dəstəyi asmışdı. Həmin səs yazısını da ictimaiyyətə təqdim etməyi lazım bildik. Oxucular bu və digər səs yazılarını dinləyərək, hər şeyə özləri qiymət verə biləcəklər.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR