Hindistan nüvə başlıqlı raket sınaqdan keçirdi

20160413-195420linkHindistan “Arihant” adlı strateji sualtı qayığında nüvə başlıqlı “K-4” ballistik raketini sınaqdan keçirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ballistik raket və nüvə sualtı qayığının Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına məxsus olduğu bildirilir.

Sınaqlar martın 31-də Benqal körfəzində keçirilib. “K-4” raketi 20 metr dərinlikdən atılıb və 700 km məsafəlik həddə çatıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR