Hüquq müdafiəçiləri qanuna əlavə təkliflərini dəstəkləyir

polis_0236Milli Məclis qanuna dəyişikliklər hazırlayıb. Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər təklif edilir. Bu barədə Milli Məclisdən bildirilib. Məlumata görə, parlamentə “Polis haqqında” qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunub. Maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını “ona aydın olan dildə” izah etməlidir. Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq (APA). Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, sözügedən qanun layihəsi Azərbaycanda insna haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmağa xidmət edir.seadet-benenyarli02.02.2012
index-7“Polislər öz hərəkətlərinə görə məsuliyyət daşıyacaq və vətəndaşların cibinə heç nə ata bilməyəcək”, – deyə N.Cəfəroğlu qeyd edib. Başqa bir hüquq müdafiəçisi Səadət Bənənyarlının fikrincə, bu layihənin qəbulu insan haqlarının müdafiəsində böyük addımdır.

“Biri var, insanı əvvəlcə saxlayırlar, sonra onun barəsində material toplayırlar. Biri də var, ona saxlanılmasının səbəbini izah edirlər. Bu qanun layihəsinin qəbulu insan haqları baxımından vətəndaşlara geniş imkanlar yaradır”, – deyə S.Bənənyarlı qeyd edib.

R.Həsənoğlu

Kavkaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR