Qırğızıstanın baş naziri istefa verib

img2052358Qırğız Respublikasının baş naziri Temir Sarıyev istefa verib
“Report” Qırğız Respublikası KİV-inə istimnadən xəbər verir ki, bunu o, hökumətin növbədənkənar iclasında açıqlayıb.
“Məni istefa verirəm. Bunu prezident də bilir. Bu addımım işlərin stabilləşməsinə yardım edəcək. Bu vəzifə qarşıdurmanın yaranmasına səbəb olmamalıdır”, – Temir Sarıyev bildirib.
Qeyd edək ki, o, ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edir.
Məlumata görə, baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan olunan tenderdə yarananan narazılıqdır. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR