İspaniyanın bu şəhərində əsl kommunizm qurulub – Foto

axar.az1460325941publika.az14603133922016-04-10-19-48-38maa7 (1)Bura Marinaledadır. İspaniyanın cənub-qərbindəki  Endülüs bölgəsinin, Sevilyaya  bağlı olan kiçik bir diyardır. Marinaleda, 30 ildən çox müddətdir Birləşmiş Sol Partiyalı sosialist bələdiyyə başçısı Juan Manual Sánçez Kordillo tərəfindən idarə olunur.

Publika.az xəbər verir ki, burada, ictimailəşdirilən və işçi kooperativinə təhvil verilən tarla və fermaları işçilər idarə edir. Kənddəki tarlalarda çalışan hər kəs gündə 6 saat qarşılığında 47 avro qazanır. Əldə edilən gəlirlərin qalanıyla diyarın ehtiyacları qarşılanır, idman kompleksləri, yaşıl sahələr və “Özün Tik” adlı ucuz mənzil  proyektinin istehsalında istifadə edilir.

1970-ci illərin sonlarında diyardakı işsizlik 60 faizdən çox idi və Marinaledada ciddi səviyyədə bir yoxsulluq vardı. Bu gün isə  bir işsiz belə yoxdur. Marinaleda təhsil, Endülüs bölgəsinin tədris planına görə işlənir, ancaq dərslərdən kənar  “vətəndaşlıq təhsili”, “bağçaçılıq” kimi diyarın sosial idealına uyğun təhsillər verilir. Və burada polis də yoxdur.  Bununla belə burda hər hansı bir cinayət və ayrı-seçkilikçilik də yaşanmır.

axar.az14603259414980441570a9d30803ee1460313392_2016-04-10-19-49-52maaa4 axar.az14603259413095821570a9d308e2101460313392_2016-04-10-19-50-27maay9 axar.az14603259417812081570a9d30754021460313392_2016-04-10-19-49-12maaa1

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR