Əkrəm Əylisliyə qaldırılmış cinayət işi ağırlaşdırıldı

a23dd6fe8d7a09992ef8d3980d8ed14c (1)Əkrəm Əylisliyə qarşı qaldırılmış cinayət işi başqa maddəyə tövsif edilib.

Lent.az-a bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkii bildirib ki, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub: “Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1( xuliqanlıq)maddəsində yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

Vəkil onu da qeyd edib ki, CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.

a8937d7a06266d2c7e8b9bc76a97f01c

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR