Kris Braun, Enrike İqlesias və Farrell Uilyams Bakıda pulsuz konsert verəcəklər

136910_res_01Bakıda keçiriləcək “Formula-1” Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb. Konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.

Onlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.

Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR