Əlibaba Məmmədovdan Larisa Dolinaya CAVAB

elibaba_memmedov_012Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi xalq artisti, ustad xanəndə Əlbaba Məmmədovu da qəzəblədirib.

Publika.az-a açıqlama verən sənətkar  bu sözləri deyib: “Ermənidən heç vaxt sənətkar çıxmayıb, çıxmayacaq da. Onların heç musiqisi də yoxdur, bizdən oğurladıqlarını oxuyurlar. Orda-burda da bizim musiqiləri adlarına çıxmaqla öyünməyə çalışırlar. Rusiyalı müğənninin də onları tərifləməsində qeyri-adi heç nə yoxdur. Həmişə ruslar onları müdafiə ediblər. Ermənilər o vaxt Bakıda kamança çalmağı bizim sənətkarlardan öyrənirdilər. Hətta bizim muğam ifaçılarına həsəd aparırdılar.  Bizim xanəndələrin başına şabaş tökürdülər. Onlar nə bilir xırdalıq nədir, zəngulə nədir? Halva-halva deməklə ağız şirin olmur e, gərək əlindən bir iş gələ”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR