Müğənni bacılar həmkarlarını ələ saldılar: “Turpa, soğana oxşayırlar” – Video

33258Müğənni Sevil və Sevinc bacıları Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar veriblər

Qafqaznews.az  xəbər verir ki, bacılar bəzi saç düzümü ustalarının onları qısqandıqlarını bildiriblər:

“Yeni bir saç düzümü edirik, başqa bir saç ustası kənardan baxıb deyir ki, sizə heç yaraşmayıb, bu nədir eləmisiniz? Bu, bizimlə çalışmaq istəyib, çalışa bilməyənlərin qısqanclığıdır. Dərhal da bizim çalışdığımız adamların əl işlərini pisləməyə başlayırlar. Amma üstündən 2 saat keçməmiş həmin saç düzümünü başqa müğənnilərdə təkrarlayırlar. Baxırsan ki, bütün müğənnilər bizim saç düzümümüzdədir. Bəs, deyirdin ki, yaraşmır bizə? Nə oldu? Deməli, yaraşdırdın ki, başqalarında da bunu təkrarladın. Sən bunu təkrarlayacaqsansa, heç olmasa pisləmə. De ki, qızlar sizə çox yaraşır bu  saç düzümü, çox xoşuma gəldi, bunu mənə halal edin, mən də oğurlayım, başqa müğənniyə edim”.

Sevilən müğənnilər bəzi həmkarlarına atmaca atmağı da unutmayıblar.

“Bəzi müğənnilərin saç düzümünə baxırsan ki, turpa, soğana oxşayırlar, amma yenə də edirlər. Nəyə lazımdır axı? Eləməyin” – deyə bacılar bildiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR