Otellərə valyuta dəyişmə səlahiyyəti verilə bilər – VİDEO

img2051974Novruz bayramı ərəfəsində bankların uzun müddət işləməməsi ciddi bir problemi üzə çıxarmışdı. Azərbaycana gələn turistlər dolları manata çevirmək üçün valyutadəyişmə məntəqəsi tapmadığından “qara bazar” alverçiləri dolları xeyli aşağı qiymətə dəyişərək əcnəbilərin narazılığına səbəb olmuşdular.
Xezerxeber.com xəbər verir ki, Ölkə turizminə zərər gətirən belə halların qarşısını almaq üçün Banklar Assosiasiyası yeni təkliflə çıxış edib. Banklar Assosiasiyası sədrinin sözlərinə görə təkliflər artıq Maliyyə Bazarlarına Nəzarət Palatasınə təqdim edilib və qısa zamanda bu məsələnin öz həllini tapacağı gözlənilir.
Turizm ekspertləri isə bu təklifin reallaşmasının turistləri məmnun etmək baxımından önəmli olduğuna diqqət çəkirlər.
Ekspertlərin fikrincə, otellərə valyutadəyişmə səlahiyyətinin verilməsi turistlərin rahatlığını təmin etməklə yanaşı, ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR