“Qarabağ”ın avrokuboklarda oynayacağı dəqiqləşib

.pagespeed.ic_.h_SvKEIa1R.jpg” rel=”attachment wp-att-119835″>.pagespeed.ic_.h_SvKEIa1R-300×225.jpg” alt=”xa0a18ae1dfc26bd909c4b5c4ffd5b88a.jpg.pagespeed.ic.h_SvKEIa1R” width=”300″ height=”225″ />“Qarabağ” avrokuboklara vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun oyunlarından sonra Ağdam təmsilçisi çempionatın ilk 4 pilləsində qərarlaşacağı rəsmiləşib.

“Ağ-qaralar”ı arxada qoya bilən 3 komandadan ikisi – “Zirə” və “İnter”in avrokuboklara buraxılmamağı isə əyalət klubunun Avropaya yolunu açıb. Əslində, “Qarabağ”ın böyük ölçüdə medalı da qazandığını söyləmək olar. Ağdamlıların ilk “üçlük”dən kənar qalması isə yalnız möcüzə ilə – 4 komandanın eyni xal toplaması və mini-turnirin keçirilməsi halında mümkündü.

“Qarabağ”ın “dördlük”də yerini təmin etməsi daha iki komandanın çempionluq arzusu ilə vidalaşması deməkdi. Artıq “Qəbələ” və AZAL da 1-cilik üçün nəzəri şanslarını əldən verib. “Qəbələ” şanslarını Sumqayıtda eyniadlı komanda ilə heç-heçə etməklə itiribsə, AZAL ağdamlıların qələbəsindən sonra qızıla “əlvida” deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR