“Standard”ın emissarları 32 milyonluq qalmaqalı ört-basdır edir?

Bezy-myanny-j-copy-17“Kamal İbrahimovun ələ aldığı adamlar Çingiz Cəlilovun ətrafında divar yaratmağa çalışır”

Artıq Azərbaycan cəmiyyətində məhkəmə proseslərinə inamın itdiyi heç kimə sirr deyil. Həmçinin, çox az adam inkar edər ki, hansısa məsələnin ictimaiyyətdə işıqlandırılması və hər hansı haqsızlığın KİV-də dərc olunması nəticəsinə iскачанные файлы (1)ctimai qınaq yaranır, bu isə məhkəmənin gedişatına və yuxarı dairələrin mövzuya diqqətinə təsir edir. Azərbaycan mətbuatı hər şeyi dəyişmək qüdrətinə malik olmasa da, bir sıra problemlərin həllində jurnalist araşdırmalarının rolunu danmaq olmaz.

Bəzən hansısa problem KİV-də işıq üzü görərkən, ifşa olunduğuna görə narahatlıq çəkən şəxslər müxtəlif vasitələrə əl atırlar. Onlar ya jurnalistlərə təzyiq göstərməyə çalışır, ya da qarşı tərəfin vəkilləri və ya yaxın adamları ilə “anlaşmağa” cəhdlər göstərir. Jurnalistlərin “razılaşma”ya açıq olmadığını nəzərə aldıqda, yeganə variant qalır: qarşı tərəfin vəkilləri. Bu yazıda da məhz “vəkillərlə razılaşma” məsələsinə toxunacağıq. Aprelin 11-də Qafqaznews.az saytında “Bankirlər “Çudo Peçka”nı hansı yollarla mənimsədilər? – Şok iddialar” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə qeyd oluselimnurdu ki, “Çingiz Cəlilov uzun müddət öz iş fəaliyyətində “Bank Standard” QSC ilə əməkdaşlıq etmiş və onların arasında kredit münasibətləri mövcud idi. 2011-ci ilin əvvəlində «Bank Standard» QSC-nin idarə heyətinin sədri Səlim Kriman Çingiz Cəlilova təklif edib ki, “Çudo Peçka” MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin “Bank Standard” QSC-nin idarəçiliyinə versin, həmçinin “Çudo Peçka” MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilsin”, – deyə mənbə bildirir.

Mənbənin sözlərinə görə, bunun müqabilində, Səlim Kriman müəssisənin banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30 min manat ödəyəcəyini vəd etmişdi.

“Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov, Səlim Krimana inanaraq, razılaşmış, «Bank Standard» QSC-nin idarə heyətinin sədri kimi Səlim Kriman ilə 03 fevral 2011-ci il tarixdə müqavilə bağlayıb və yuxarıda göstərilən şərtlər və öhdəliklər həmin müqavilədə rəsmiləşdirilib. Bu müqavilənin bağlanılması ilə eyni zamanda Çingiz Cəlilovun “Çudo Peçka” MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən “KEA Holdings Limited” adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi barədə, həmçinin “Çudo Peçka” MMC-nin isə “Bank Standard” QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən “Bakery Operating Company” MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb. Beləliklə, Kriman “Çudo Peçka” şirkətini özünün və rəhbərlik etdiy12980397_1703918533201350_577220533_ni bankın “caynaqlarına” ilişdirir”, – deyə qeyd olunur.

Məlumata görə, “Bank Standard” QSC-nin idarə heyətinin sədri Səlim Kriman “Çudo Peçka” MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% indiyə qədər Cəlilovlara məxusdur), “Çudo Peçka” MMC-ni də tam şəkildə ələ keçirərək onu idarə etməyə başlamışdı. “Göstərilən müqavilələr bağlanıldıqdan 1 il sonra, 2012-ci ilin fevral ayında Səlim Kriman “Çudo Peçka” MMC-ni inkişaf etdirmək məqsədi ilə böyük məbləğlərdə pula ehtiyac olduğunu bəhanə edərək, Cəlilov Çingiz və onun yaxın qohumları – doğma qardaşı və iki oğluna kredit müqavilələrinə imza etdirməklə, “Bank Standard”dan 20 milyona yaxın vəsait ayrılmasına nail olub.

Amma Səlim Kriman külli miqarda pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin inkişaf etdirilməsi üçün ayrıldığını bəhanə edərək, həmin pul vəsaitlərini şəxsən Cəlilovlara verməyib”. Məqalədə həmçinin bildirilir ki, Cəlilovların həmin dövrdə pul vəsaitlərinin “Çudo Peçka” MMC-nin fəaliyyətinə sərf olunmasına şübhələri olmamış və onlar Səlim Krimana etibar etmişdilər. Lakin, 2014-cü il tarixdən “Bank Standard” QSC-nin onları məhkəməyə verdiyini və onların iştirakı olmadan məhkəmə qətnaməsinin qəbul edildiyini və külli miqdarda pul vəsaitlərinin onlardan tutulduğunu eşitdikdə, buna çox təəcübləniblər.

скачанные файлы (2)Sonradan məsələ ilə maraqlandıqları zamanı Səlim Krimanın işdən kənarlaşdırıldığını eşitmiş və almadıqları pul vəsaitlərinin onlardan tutulacağını başa düşüblər. 2 ildən çox davam edən məhkəmə çəkişmələrində hələ də müəyyən olunmayıb ki, Krimanın ayırdığı 20 milyon manat vəsait hara gedib. Hazırda isə həmin məbləğ faizlərlə birlikdə şişirdilərək, 32 milyon manata çatıb. Bu məlumatın dərci cəmiyyətdə səs-küylə qarşılandı və görünür ki, bir çoxunun yuxusuna haram qarışdı.

Aprelin 13-də isə Çingiz Cəlilova yaxın mənbələrdən Qafqaznews.az saytına daxil olan məlumata görə, bu məsələdən narahat olan Kamal İbrahimovun adamları “Çudo Peçka”nın vəkilləri ilə dərhal əlaqəyə keçiblər. Xatırladaq ki, Qafqaz Xəbər Agentliyi bundan əvvəl “Bank Standard”ın Müşahidə Şurasının sədri Kamal İbrahimov və “Standard Holding”in hamisi kimi tanınan sabiq nazir Heydər Babayev haqqında silsilə yazılar dərc etmiş və geniş araşdırmalar aparmışdı.скачанные файлы

Martın 28-də Qafqaznews.az saytında “Heydər Babayevin varisi vətəndaşların evinə göz dikib?” başlıqlı yazı dərc olunub. Yazıda “Bank Standard”ın Müşahidə Şurasınin sədri Kamal İbrahimovun sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə əlaqələrindən söz açılır, “Standard İnsurance” və “Bank Standard”ın fəaliyyəti ilə bağlı şikayətlərə toxunulur, eyni zamanda müxtəlif KİV-lərə istinadən kreditlərin verilməsi zamanı “şapka”lardan və borclu vətəndaşların yeganə mənzilinə göz dikilməsindən söz açılırdı.

Aprelin 1-də isə “Bank Standard” jurnalistdən Heydər Babayevin qisasını alır?” başlıqlı yazıda qeyd olunurdu ki, adıkeçən bankın mənzilini əlindən almağa çalışdığı agentlik rəhbəri bir neçə il öncə Heydər Babayevin qardaşı Elçin Babayevin qaynı Tərlan Əhmədovun qətli ilə bağlı araşdırma aparmış və bəzi ilginc məlumatlara rast gəlmişdi. 2002-ci ilin mart ayının 15-dən 16-a keçən gecə təxminən saat 3-4 radələrində Bakı sakini Tərlan Əhmədov qətlə yetirilib.

Onu da qeyd edək ki, Tərlan Əhmədov o zaman Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri işləyən Heydər Babayevlə qohum olub. Belə ki, Tərlan Əhmədovun bacısı Zümrüd xanım Heydər Babayevin qardaşı Elçinin həyat yoldaşı olub. Elçin Babayev özü isə Sumqayıt Gömrük İdarəsində çalışıb. İstintaq zamanı məlum olub ki, qətlə yetirilən Tərlanın bacısının əri Elçin Babayev həmin gecə saat 3-4 radələrində Saray qəsəbəsində olub. Əldə etdiyimiz məlumata görə, istintaq zamanı MTN-in verdiyi məlumatlardan üzə çıxıb ki, hadisə baş verən zaman-gecə saat 3-4 radələrində Elçin Babayev Saray qəsəbəsi ərazisindən qardaşı Heydər Babayevə zəng edib.

Tərlanın başqa yerdə qətlə yetirildiyi və onun meyitinin sonradan Saray qəbristanlığına atıldığı da istintaq prosesində müəyyən edilib. Məlum olub ki, həmin gecə saat 3-4 radələrində Saray postunda Elçin Babayev YPX-nin əməkdaşları -serjant Əhmədağa Əliyev, Gülağa Hüseynov və Vasif Abbasov tərəfindən idarə etdiyi avtomobildə saxlanılıb. Bu cür sensasiyalı məlumatlar fonunda isə, “Bank Standard” agentliyimizin növbəti həmləsini qarşılamağa hazır deyildi. Qafqaznews.az-a danışan mənbə bildirib ki, son yazıdan bərk narahat olan Kamal İbrahimov dərhal hərəkətə keçərək, məlumatın agentliyə Çingiz Cəlilov tərəfindən verilib-verilmədiyini dəqiqləşdirməyə çalışıb.Bezy-myanny-j-copy-15

Mənbənin sözlərinə görə, aprelin 11-də dərc olunan həmin yazıdakı faktların yetərincə ciddi və əsaslı olması Kamal İbrahimovu daha “kreativ” metodlara, Çingiz Cəlilovun vəkilləri ilə razılaşmağa sövq edib.

“Nəticədə isə vəkillər Çingiz Cəlilova və digər sahiblərə təsir göstərərək, onları inandırmağa çalışıblar ki, məsələnin ictimailəşməsinə yol vermək olmaz və bunu məhkəmə prosesində, “sakitcə” həll edə bilərlər. Hətta vəkillər ciddi-cəhdlə çalışırlar ki, onların xəbəri olmadan hansısa jurnalistə “Bank Standard”la olan çəkişmə barədə bircə kəlmə belə deyilməsin.

Bir sözlə, Kamal İbrahimovun ələ aldığı adamlar Çingiz Cəlilovun ətrafında divar yaratmağa çalışır”, – deyə Qafqaznews.az-a məlumat verən mənbə bildirir. Beləliklə, bir daha xatırladaq ki, biz belə halları az görməmişik. Jurnalisti ələ ala bilməyən qüvvələr daha yeni vasitələr axtarır, ictimai qınağa yol açmamaq üçün, “sakitcə çəkişmək” variantını vurğulayırlar. Çingiz Cəlilova bu “sakitcə çəkişmə”də uğurlar diləyir və onun səs-küylü iflasdan uzaq qalmasını səmimi qəlbdən arzu edirik.

 Mahmud Rasimoğlu

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR