Təyyarəyə gecikdilər, zəng edib bomba olduğunu dedilər

img2054479Türkiyənin Sabiha Gökçen hava limanından Muş şəhərinə uçmağa hazırlaşan təyyarədə bomba olduğunu söyləyən şəxslər saxlanılıb
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Hürriyət” qəzetində yer alıb.
Məlumata görə, xəbərdarlıqdan dərhal sonra sərnişinlər təyyarədən endiriliblər və axtarışlara başlanılıb. Axtarış zaman hansısa bir təhlükəli əşyaya rast gəlinməyib.
Zəng edib, təyyarədə bomba olduğunu deyən iki şübhəli şəxs saxlanılıb. Onlar tıxacda qaldıqlarına görə təyyarənin uçuş vaxtına çatmaq üçün belə bir addım atdıqlarını etiraf ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR