Sabah bulvarda attraksionlar pulsuz olacaq

144762_res_011 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, sabah bulvarda olan attraksion və karusellərin əksəriyyəti, qatarlar və hava şəraiti imkan versə gəmi uşaqların pulsuz istifadəsinə veriləcək.

Onun sözlərinə görə, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub: “Uşaqların attraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq. Belə aksiyalar mütəmadi olaraq keçirilir”. (APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR