Yeni binaların satışı bankla olacaq-VİDEO

90701468Bu isə tikinti şirkətlərinin bir evi bir neçə nəfərə satmasının qarşısını alacaq.

Tikinti şirkətlərinin bir mənzili bir neçə adama satmaq fırıldağının qarşısı yeni qəbul edilən qərarla alınacaq. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara görə yeni binalardan mənzil alarkən vəsaitlər nağd yox, bank hesablarına köçürüləcək. Mənzil alarkən əlavə dəyər vergisinin ödənməsi qaydaları da dəyişib.

Bina tikintisi ilə məşğul olanlar şirkətlər, mənzil satarkən müştərilərini aldada bilməyəcəklər. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara görə mənzil alan şəxs vəsaiti artıq nağd olaraq yox, elektron bank hesabına köçürməlidirlər. Bu isə tikinti şirkətlərinin bir evi bir neçə nəfərə satmasının qarşısını alacaq.

Yəni elektron sistemdə satılan mənzillər haqqında məlumat yerləşdiriləcəyindən vətəndaş yeni aldığı evin satılıb-satılmadığını kompüterlə yoxlayaraq öyrənə biləcək.Təsdiq olunan yeni qaydalarda əlavə dəyər vergisinin ödənməsi qaydaları da dəyişib. Belə ki, əvvəl mənzilin bir kvadratmetrinə görə ödənilən məbləğ və əlavə dəyər vergisi birgə ödənilirdi. Ancaq indi mənzilin vergisiz məbləği bir hesaba, əlavə dəyər vergisi isə depozit hesabına ödəniləcək.

Ekspert Ramil Osmanlının fikrincə dəyişiklik tikinti şirkətlərini həm vergi orqanları qarşısında, həm də vətəndaşlar qarşısında daha məsuliyyətli olmağa məcbur edəcək. Ancaq mütəxəssislər verginin ödənilməsi məsələsində tikinti şirkətlərinə sadələşdirilmiş və ya əlavə dəyər vergisini ödəmək seçimi verilməsinin neqativ hallara səbəb olacağı qənatindədirlər. Ekspertlər tikinti şirkətlərinin yalnı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR