Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimlərə qatılır

145401_res_01Türkiyədə 6-12 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə hərbi təlimlər keçiriləcək.

“Sabah” nəşri xəbər verir ki, bu barədə məlumat Türkiyə Baş Qərargahının rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyənin Quru Qoşunları komandanlığına tabe olan Dağ Komanda Məktəbi və Təhsil Mərkəzi Komandanlığının şəxsi heyəti Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlıları ilə birgə hərbi manevrlər icra edəcəklər.

Təlimlərə həmçinin Türkiyənin Qurudakı Hava Qoşunlarının Komandanlığından qrupların qatılacağı da bildirilir.

Təlimlərin məqsədi ölkələrin xüsusi təyinatlıları arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, birlikdə işləməyi inkişaf etdirməkdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR