Elmar Məmmədyarov: Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

trend_elmar_mammadyarov_070416_2Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank – Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib: “Azərbaycan və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycanda Almaniyanın çox sayda şirkəti fəaliyyət göstərir. Əminik ki, Azərbaycanın təklif etdiyi enerji və iqtisadi layihələri Almaniyaya maraqlı olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR