700 bal toplayan qız – FOTO

telebe_5666I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarının nəticələri elan edildiyində məlum oldu ki, 6 nəfər ən yüksək nailiyyətə imza atıb

I ixtisas qrupu üzrə 3 oğlan   abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Qafqaznews.az bildirir ki, modern.az  IV ixtisas qrupu üzrə 700 bal toplamış abituriyentin adını dəqiqləşdirib. Bu, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır.452724_000

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR