ABŞ dövlət katibi: “Türkiyə NATO-dan çıxarıla bilər

94b92da6f908ff1381b26b222a5fd269“Türkiyədə çevriliş cəhdindən sonra kütləvi “təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”.

APA-nın “İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib.C. Kerri Brüsseldə bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: “ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb. Onlar barəsində istintaq başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR