Alimləri heyrətə gətirən azərbaycanlı gənc-VİDEO

hekimAzərbaycanlı gənc Tural Xuduyev Avropanın ən önəmli 50 təqdiqatçısından biridir.

Elmi karyerasını hazırda Birləşmiş Ştatların Massaçusets Texnologiya İnstitutunda davam etdirən Tural Türkiyənin Hacettepe Universitetinin Atom enerjisi mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirib.

İlk ixtirası kilometr uzunluğunda nanostrukturları çox asan bir metodla əldə etmək olub. Turalın ikinci ixtirası qara rəngli bir maddəni istənilən fərqli rəngə çevirməklə bağlı idi. Bunun nəticəsi həm prestijli Amerika jurnalında dərc olundu, həm də həmin ölkədə əhəmiyyətli konfransda alimlərə məruzə edilib.

Hətta tədqiqatçının ixtiralarından biri kor olmuş insanların yenidən görməsini təmin edəcək gücdədir.

Müsahibimiz deyir ki, hazırda Massaçusetes Universitetində AFFOA adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə üzərində işləyirlər. Bu layihənin reallaşması nəticəsində rəngini, istiliyini sahibinin arzusuna uyğun dəyişən paltarlar istehsal oluna bilər.

Turalın əsas arzusu isə öz tədqiqat qrupunu qurmaqdır. Gənc  alim dünyada ən son texnologiya hesab olunan nanotexnologiyanın inkişafına imkan verən yeniliklər  gətirmək  istəyir.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR