Almaniya Çexiyanın ərazisindən 500 kv.m ala bilər

150837_res_01Alman kartoqrafı Rolf Bem iddia edir ki, Almaniyanın rəsmən qeydə alınmayan sahəsi 500 kv.m daha böyükdür.

Virtualaz.org bildirir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Söhbət alman-çex sərhədindən keçən Kirniç çay yatağından gedir. R.Bemin qeydlərinə görə, illər ötdükcə bu su arteriyası yatağını cənuba doğru dəyişib.

Bildirilir ki, bununla bağlı lazımi ölçülər götürüləcək. Əgər xəritədə göstərilənlər təsdiqini taparsa, onda hər iki dövlətin nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR