Angioloji Mərkəzin direktorunun işdən yanlış əməliyyata görə çıxarılmadığı iddia olunur

98e9e5b6a71914d855f932b8f5ff3dbb“Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinskinin işdən çıxarılmasının səbəbi mərkəzdə yanlışlıqla 87 yaşlı qadının sağlam ayağının kəsilməsi deyil”.

A. Şəmsəddinskinin yaxın qohumu Rəna Quliyeva APA-ya açıqlamasında bildirib ki, keçmiş direktorun bu il martın 25-də 65 yaşı tamam olub.

Qanunvericiliyə əsasən, 65 yaşı tamam olan şəxsin işdən azad edilməli olduğunu deyən R. Quliyevanın sözlərinə görə, onu əvəzləyəcək kadr olmadığından A. Şəmsəddinski müvəqqəti olaraq vəzifəsində qalıb: “İyunun əvvəlində isə özü ərizə yazıb ki, 65 yaşına çatdığı üçün işdən azad olunsun. Əmrə iyulun əvvəlində qol çəkilib. Azər Şəmsəddinskinin işdən çıxarılması mərkəzdə baş verən hadisə ilə yox, yaşla əlaqədardır”.

R. Quliyeva əlavə edib kl, A. Şəmsəddinski çox yüksək səviyyəli, tanınmış mütəxəssisdir və neçə illik fəaliyyəti dövründə işi ilə bağlı ona heç bir irad tutulmayıb: “Fəaliyyəti dövründə də seyli uğurlu əməliyyatlar keçirib”.Səhiyyə Nazirliyindən isə APA-ya bildirilib ki, A. Şəmsəddinskinin işdən çıxarılması ilə bağlı qərar artıq açıqlanıb, məsələyə əlavə şərh verilməyəcək.Qeyd edək ki, həkim-cərrah Valeh Kərimov tərəfindən yanlışlıqla 87 yaşlı Tərlan Məmmədovanın sağlam ayağı kəsilib. Bir neçə gün sonra isə A. Şəmsəddinski qadının xəstə ayağını amputasiya edib.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən aparıcı mütəxəssislərdən ibarət komissiya yaradılıb. Nazirliyinin kollegiyasının komissiyanın apardığı araşdırma nəticəsində verdiyi qərara əsasən, V. Kərimov və A. Şəmsəddinski tutduqları vəzifədən azad olunublar.

Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Yunis Eyubova həvalə edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR