“ASAN xidmət”də 2 gün iş olmayacaq

скачанные файлы“ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, 6 – 7 iyul Ramazan bayramı ilə əlaqədar bütün “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.Vətəndaşlar 8 iyul tarixindən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki,”ASAN xidmət”mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR