AVRO-2016: Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib – VİDEO

48583677-074d-4a69-a9d7-11ffe8f4716fFutbol üzrə Avropa çempionatının ikinci ¼ final qarşılaşması keçirilib. “Report” xəbər verir ki, Lillin “Pyer Morua” stadionunda baş tutan görüşdə Uels və Belçika milliləri üz-üzə gəlib.

Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gəlib. Bununla da, Uels yığması öz tarixində ilk dəfə olaraq Avropa çempionatının ½ final mərhələsinə yüksəlib.

Qeyd edək ki, yarımfinalda Uels yığması Portuqaliya komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Lionda baş tutacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR