Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 18 dəfə pozub

1970-01-01-fRYy3s-azerbaycan-mn-ermeni-silahli-bolmeleri-yashayish-menteqelerini-haubitsalarindan-ateshe-tutmaqda-davam-edirErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Voskepar, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR