Azay Quliyev ATƏT PA-nın vitse prezidenti seçilib

74bd3334-24e2-4b70-b55a-06af1ec26cdbTbilisidə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen (Christine Muttonen) 86 səslə ATƏT PA-nın prezidenti seçilib.

Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb.Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.Qeyd edək ki, ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəyə 2014-cü ildə seçilib, bu il onun səlahiyyət müddəti başa çatıb.

ATƏT PA-nın 25 illik sessiyasında Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR