Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

2 (1)Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib

Qafqaznews.az “Report”a istinadən verdiyi xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.

V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR