Bakıda restoranlardan birində dava olub, iki nəfər saxlanılıb

1aeaf1c3-87fc-4b29-8918-ba58278b56a8Bakıda restoranlardan birində ictimai asayişi pozan iki şəxs saxlanılıb.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci Polis Bölməsinə təhvil verilib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR