Bakının təhlükəli çimərlikləri

1Bəzi çimərliklərdə bakterilayalar aşkar edilib.

“Bakıda bəzi çimərliklərdə suyun tərkibində insan orqanizmi üçün təhlükə törədən bakteriyalar var”.

Qafqaznews.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbə müdiri Ziyəddin Kazımov deyib.

Şöbə müdirinin sözlərinə görə, belə bakterilayalar Bakının “Sahil” və “Şıx” çimərliklərində aşkar edilib:

“Biz bunu hələ mövsümün əvvəlində aşkar etmişik və o vaxtdan bəri, hələ ki, müsbət dəyişiklik baş verməyib”. – deyə o bildirib.

Z.Kazımov əlavə edib ki, adıçəkilənlərdən başqa digər çimərliklərdə hər hansı təhlükəli məqam aşkar edilmədiyindən insanlar oralarda rahat istirahət edə bilərlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR