Batanların çoxu bu çimərliyə gedənlərdir – Bir gündə 7 nəfər boğuldu

suda_batmaq_07777Azərbaycanda bir gündə 7 nəfər dənizdə boğulub.

Bu barədə DİN-dən məlumat verilib.

İyulun 20-də Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Dəvəçi rayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.

Nazirlikdən bildirilib ki, 6 nəfərin meyiti sudan çıxarılıb. Orxan Əliyevin meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR