Bu gün “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

aac3a4b1-52b9-4471-8540-3c3342bbc07bBu gün Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

“Report” xəbər verir ki, komandanın rəqibi Çexiyanın “Viktoriya” klubu olacaq. Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin “Dusan Arena” stadionunda keçiriləcək.Görüşün hakimi makedoniyalı Aleksandar Stavrevdir.

“Qarabağ” və “Viktoriya” arasında statistikaya gəldikdə isə, bu iki komanda rəsmi oyunlarda indiyə qədər üz-üzə gəlməyib. Lakin Azərbaycanın futbol azarkeşləri iki oyunun nəticəsinə görə “Qarabağ”ın mərhələ adlayacağına böyük ümidlər bəsləyirlər.

“Qarabağ” “Viktoriya” ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR