Ciddədə özünü partladan terrorçunun kimliyi məlum olub

43e46ed3563da13cf0bf7e773812c60aİyulun 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində özünü partladan terrorçu-kamikadzenin kimliyi məlum olub.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-n məlumatında bildirilir.Məlumata əsasən, ABŞ konsulluğu yaxınlığında partlayışı Pakistan vətəndaşı Abdulla Kalzar Xan törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, ilk dəfə Səudiyyə Ərəbistanına 12 il bundan əvvəl gələn pakistanlı Ciddədə sürücü işləyib.

İyulun 4-də  Səudiyyə Ərəbistanının Qətif şəhərində məscid yaxınlığında iki terrorçu özünü partladıb, Mədinə şəhərində isə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR