Donald Tramp antisemitizmdə ittiham olundu

img2130457ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp antisemitizmdə (yəhudi düşmənçiliyi-red.) ittiham olunub. 
Musavat.com-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klintonun seçki qərargahı əmlak milyerderini antisemitizmdə və irqçilikdə suçlayıb.
Buna səbəb Trampın Tvitter sosial şəbəkəsində atdığı bir mesaj olub.Donald Tramp sosial şəbəkədə verdiyi mesajda Hillari Klintonun dollar banderolları ilə əhatə olunan şəklini qoyub. Klintonun sifətinin yanına isə 6 guşəli ulduz təsvir olunaraq “ən korrupsioner namizəd” sözləri yazılıb.Şəklin aıtında isə “bu tarixə qoyulan töhfədir” yazısı əlavə olunub. (Bu şüar Klinton tərəfindən namizədlik uğrunda yarışda istifadə olunub-red.)
Sonradan tvit silinərək, yeni formada bərpa edilib. Bu dəfə Klintonun şəklinin yanındakı altıguşəli ulduz dairə ilə əvəz olunub.Hillari Klintonun seçki qərargahının nümayəndələri Trampın bu tvit mesajına sərt reaksiya verərək, bu tip tvitlərin ilk olmadığı və Trampın öz söyləmlərində irqçi mesajlardan tez-tez istifadə etdiyini vurğulayıblar.The Mic saytının yazdığıına görə, Hillari Klintonun altıguşəli ulduz fonunda şəkli ağ irqin üstünlüyünü təbliğ edən digər saytlarda da təsvir edilir.Tramp özü isə tvitində göstərilən altıguşəli ulduzun yəhudilik simvolu ilə bağlı olmadığını bilidirb. Tramp mesajında bu cür ulduzların ABŞ-da polis şerifləri tərəfindən yaxalarına taxıldığını xatırladaraq, məhz bunu nəzərdə tutduğunu yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR