Dövlət başçısı İlham Əliyev Belarus prezidentini təbrik edib

50639964d98d512dfccb36fc42c9b482Azərbaycan prezidenti İlham Əliyev milli bayram – Müstəqillik Günü münasibətilə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətlərinin bağladığı vurğulanıb: “Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR