Dünya liderlərindən Türkiyəyə dəstək mesajı-VİDEO

72674068Türkiyədə hərbi çevrilişə cəhd olub

Ötən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi bütün dünyanın diqqətindədir.ABŞ prezidenti dövlət katibi Con Kerriyə telefonla zəng edərək Türkiyənin demokratik yolla seçilmiş prezidentinin dəstəklənməli olduğunun bildirib. Bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.Açıqlamada qeyd edilib ki, prezident Barak Obama və Con Kerri tərəfləri zorakılıq və qan tökülməsindən yayınmağa səsləməkdə həmfikirdir.Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Türkiyədəki hərbi çevriliş cəhdindən danışıb. Jurnalistlərin suallarını cavablandıran Lavrov prosesləri real rejimdə, diqqətlə izlədiklərini qeyd edib. O əlavə edib ki, istənilən formada qanlı toqquşmalara yol verməmək və yaranan bütün problemləri konstitusiya müstəvisində həll etmək lazımdır.BMT də hadisələrlə bağlı bəyanat yayıb. Baş katib Pan Gi Munun adından yayılan bəyanatda qurumun çevriliş cəhdindən xəbərdar olduğu və hadisələri yerində aydınlaşdırmaq niyyəti yer alıb. Pan Gi Mun hər kəsi təmkinli olmağa səsləyib.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR