Elşən Vəliyev “AccessBank” qarşısında öhdəlik daşımır?

BANKİyulun 5-də LEGİON.AZ-da “Hakim bankın göstərişiylə hərəkət edir?” başlıqlı yazı dərc olunub.

Həmin yazıda Laçın rayonundan olan məcburi köçkün, hazırda Yasamal rayonundakı 286 saylı orta məktəbdə müəllim çalışan Elşən Vəliyevin şikayətindən söz açılırdı.

“2011-ci ildə mənim yaxın qohumum Fərzəliyev Turab Fərzalı oğlu mənimlə görüşərək dedi:” Elşən müəllim, sən mənim qohumumsan,mənə yaxın olan “Access Bank” dan kredit götürmək istəyirəm,mənə köməklik etməyin lazımdır”. Fərzəliyev Turab yaxın qohumum olduğu üçün ona bir insan kimi inandım və zamin durmağa razılıq verdim. Mənimlə eyni vaxtda zamin kimi mənimlə çalışan Nazxanım Süleymanovanı, Turabın qardaşı İnşallah Fərzəliyevi və polis sistemində işləyən Telman Quliyev adlı şəxsi rəsmiləşdirdilər.13599003_1020537768012465_1330094816_n-279x300-1

Turaba “Access Bank”dan kredit verilməsi barədə müqavilə 2011-ci il noyabrın 28-də bağlandı”, – deyə E.Vəliyev bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ona “Access Bank” QSC-nin Ramil adlı əməkdaşı zəng edərək bildirdi ki, Turab Fərzəliyevə ikinci kredit xətti açılır: “Mənə dedi ki, “sizin banka gəlməyinizə ehtiyac yoxdur, telefonda razılığınızı bildirsəniz, biz ona 2-ci kredit xətti açarıq”. Mən ona qəti şəkildə etirazımı bildirdim, lakin sonradan öyrəndim ki, “Access Bank” əməkdaşları mənim razılığım olmadan adımı ikinci kredit müqaviləsinə zamin kimi yazıblar. 16 iyun 2016-cı il tarixində isə Laçın rayon məhkəməsində prosesdə iştirak etməyim üçün mənə bildiriş məktubu gəldi.Qeyd olunan tarixdə Ağcəbədi rayonunda yerləşən Laçın rayon məkəməsinə getdim.Məhkəmə prossesi saat 12:00-a təyin olunmuşdu. Məkəmə prossesi məhkəmə zalında keçirilməli olduğu halda, hakim Cavad İbrahimov kobud qanun pozuntusuna yol verərək, məhkəmə prosesini inzibati iş otağında, həm də məhkəmə xalatında deyil, adi gündəlik geyimində aparmaq istədiyi üçün etiraz etdim .

13595848_1020539778012264_1976086558_n-1-300x252C.İbrahimov etinasız bir şəkildə “Burada nə var ki,beş dəqiqəlik işdir,tələsirəm,”hə-yox “edək,məni uşaqlar gözləyirlər”. Proses 12:47-də, C.İbrahimovun otağında başladı.Mən hakimə etiraz etdim və bildirdim ki, 300 km məsafəni beş dəqiqəlik iş üçün gəlməmişəm,xahiş edirəm işə ədalət prinsiplərinə uyğun baxın.C.İbrahimov etirazıma baxmayaraq, ayaqüstə,harasa tələsirmiş kimi “onun təbirincə” desək,beş dəqiqəyə məhkəmə işini bankdan pul götürən Turab Fərzəliyevin iştirakı olmadan (əslində T.Fərzəliyevin özü olmasa da,nümayyəndəsi iştirak etməli idi) bitirdi.

Əvvəlcə, məhkəmə nümayəndəliyi tərəfindən T.Fərzəliyevin şəxsi kapitalı yoxlanılmalı idi. Bir qohum kimi mən dəqiq bilirəm ki, özünün ferması və qəssabxanası olan bu şəxsin maddi kapitalı bank borcunu ödəyəcək qədər var. Hakim Cavad İbrahimov qərar çıxardı ki, 16 min 789 dollar İnşallah Fərzəliyevdən, məndən və Nazxanım Süleymanovadan tələb olunmalıdır. Lakin yalnız mən və Nazxanım Süleymanovanın daimi işi olduğuna görə, qərara görə, bu pul bizim ikimizin maaşından çıxılacaq”.

E.Vəliyevin fikrincə, C.İbrahimov bankın göstərişi ilə hərəkət edib.“O, həmçinin, bir n13608273_1020541254678783_908383443_n-300x300-1eçə ay baş vermiş bir münaqişəyə görə, məndən qisas alıb”, – deyə E.Vəliyev əlavə edib. “Access Bank” Elşən Vəliyevi yeni kredit müqaviləsində zamin elan etmək hüququna malik idimi?

Bu suala cavab almaq üçün, hüquqşünas Erkin Qədirliyə müraciət etdik.“Bank və borclu arasında müqaviləyə dəyişiklik zamanı zaminin imzası da tələb olunur”, – deyə E.Qədirli LEGİON.AZ-a bildirib. Biz “Access Bank» nümayəndəsi Ramilin də fikrini öyrənmək istədik. Ramil (soyadını bizə bildirmədi – red.) LEGİON.AZ-a dedi ki, Elşən Vəliyev bütün sənədlərə imza atıb. Qeyd edək ki, Ramilin mobil nömrəsi ilə sosial şəbəkələrdə Nağıyev soyadlı profil tapdıq.“O zamin kimi öz imzasını dəyişilmiş müqavilədə qoymuşdumu?” – deyə jurnalistimiz soruşdu. “Mən sizə informasiya vermək hüququna malik deyiləm. Amma deyə bilərəm ki, Elşən Vəliyev zaminliklə bağlı sənədlərə imza atıb”, – deyə bank nümayəndəsi LEGİON.AZ-a bildirib.

“Kredit xətti haqda müqavilə var. Bu müqavilə müəyyən müddətə bağlanır”, – deyə “Access Bank”ın Ağcabədi filialının əməkdaşı Hacıağaskachanny-e-fajly-1-508 İbrahimov bildirib. H.İbrahimov qeyd etdi ki, müqavilədə dəyişiklik olubsa, zamin imza qoymadan da zamin kimi qalmağa davam edir.O,  etiraf etdi ki,Elşən Vəliyev həqiqətən də dəyişilən müqaviləyə imza qoymayıb (LEGİON.AZ)

“AccessBank” əməkdaşı Elşən Tanrıverdiyev iyulun 19-da bizə bildirdi ki, borclu şəxs bankdan təkrar kredit alarkən, zamin şəxs yenidən müvafiq sənədlərə imza atmalıdır. “Əks təqdirdə zamin hesab olunmur”, – deyə E.Tanrıverdiyev LEGİON.AZ-a qeyd etdi.

“Elşən Vəliyev ancaq sənədlərə imza atdığı birinci borca görə cavabdehlik daşıya bilər. İkinci kredit xəttinə görə Elşən Vəliyev zamin durmayıb və heç bir sənəd imzalamayıbsa, cavabdehlik daşımır”, – deyə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.O, Elşən Əliyevə məsləhət görüb ki, “AccessBank”ı məhkəməyə versin.“Lakin məhkəmənin ədalətli qərar çıxaracağına ümid yoxdur, çünki hakimlər həmişə bankın tərəfini tuturlar”, – deyə N.Cəfəroğlu vurğuladı.

Mahmud Suanlı

LEGİON.AZ

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR