Ermənistan AES-nin stress-testinin qiymətləndirilməsi başa çatıb

5f4bab139348794e9c6050c355802288Ekspert rəyi almaq üçün hesabat Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edilib.

Avropa Komissiyasının mütəxəssisləri  Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.

Qafqaznews.az-ın xəbərin görə, bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verib.

Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda  Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR