“Ermənistanda baş verənlər beynəlxalq ictimaiyyət üçün şoudur”

29733Üzeyir Cəfərov: “Serj Sarkisyan özü “silahlı müxalifət”in yetirməsidir, hazırda isə elə alternativ yoxdur”

İyulun 18-də Ermənistan polisi İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb.Bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etmək istəyib.Polis iki dəfə etirazçıların qarşısını alaraq, onları “Azadlıq” meydanına qayıtmağa vadar edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə mətbuata açıqlamasında məsələnin dinc yolla həlli üçün vasitələrin məhdud olduğunu bildirib və silahlı dəstəni cinayətkar əməllərdən qaçmağa çağırıb.Sözügedən silahlı dəstə “Yeni Ermənistan” cəbhəsinin lideri və “Şuşa batalyonu”nun sabiq komandiri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər. Tezliklə, hakimiyyət nümayəndələri ilə silahlılar arasında danışıqların olacağı gözlənilir.Ermənistan paytaxtında baş verən hadisələri LEGİON.AZ-a şərh edən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, İrəvanda sadəcə oyun gedir.

“Bu, sadəcə bir oyundur. Və bu oyunda Serj Sarkisyanın da əli var. Əslində, İrəvanda hər şey nəzarətdədir. Bütün bunlar həm baş verəcək bütün ehtimal xoşagəlməz halların qarşısını almaq, həm də beynəlxalq ictimaiyyətə “danışıqlara sərt münasibətin gücünü” göstərmək məqsədi daşıyır. Sefilyan elə Sarkisyanın cinayət şərikidir. Onların arasında elə ciddi fərq görmürəm”, – deyə Ü.Cəfərov vurğuladı.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi ətrafında fəallaşdığı zamanda rəsmi İrəvan ikili oyun oynayır.

“Bir tərəfdən, guya danışıqlara gedirlər… Digər tərəfdən isə, beynəlxalq ictimaiyyət üçün “tamaşa” təşkil edib, Ermənistan ictimaiyyətinin bu danışıqlara hazır olmadığını mənzərəsini yaradırlar. Sarkisyan hər zaman danışıqlara problem yaratmaq, təxribat törətməklə məşğul olub. İndi isə, bir qrup silahlı dəstənin iştirakı ilə şou təşkil olunur”, – deyə eskpert qeyd edib.Üzeyir Cəfərov sabiq Ermənistan prezidenti Robert Köçəryanın hərbi çevriliş və parlamentdə qırğın törətməklə hakimiyyətə gəldiyini xatırladıb.

“Onun dövründə Sarkisyan müdafiə naziri olub, özü bu quldur hakimiyyətinin varisi kimi sonradan prezident oldu. Yəni, Sarkisyan özü “silahlı müxalifət”in yetirməsidir. Hazırda isə heç bir alternativ “silahlı müxalifət”dən söz gedə bilməz. Əsas məqsəd sülh prosesinə növbəti dəfə problem yaratmaqdır”, – deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə

LEGİON.AZ

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR