Fransa DİN: “AVRO-2016 zamanı 1550 adam saxlanılıb, 64 nəfər ölkədən xaric edilib”

5462e745-6b81-4c91-b7f6-4072e62e4115_292Fransada keçirilmiş Avropa Çempionatı zamanı 1 500-dən çox adam saxlanılıb, onların 59-u mühakimə edilib, 64-ü isə ölkədən çıxarılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.

“Hüquq-mühafizə orqanları 1 550 nəfəri saxlayıb, 891 nəfər nəzarət altına alınıb, 59 nəfərə azadlıqdan məhrumetmə və şərti həbs cəzası verilib, 64 nəfər isə ölkədən deportasiya edilib”, – deyə B.Kaznöv mətbuat konfransında vurğulayıb.

Xatırladaq ki, futbol üzrə Avropa Çempionatı iyunun 10-dan iyulun 10-dək keçirilib və finalda ev sahibini əlavə vaxtda məğlub edən (1:0) Portuqaliya milli komandasının qələbəsi ilə başa çatıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR