Fransa prezidentinin bərbəri nazir maaşı alır

35697941Fransa prezidenti Fransua Ollandın bərbərinin bir aylıq maası 9895 avrodur.

“Xəzər Xəbər” xarici mediaya istinadən məlumat verir ki, 46 yaşlı bərbər Olivye B. ilə beş illik əmək müqaviləsi 2012-ci ilin mayında imzalanıb. Müqavilənin şərtlərinə əsasən, bərbər hər zaman prezident üçün “əli çatan” olmalıdır və xarici səfərlərdə müşayiət etməlidir.Qəzet qeyd edir ki, bərbərin maaşı Fransa nazirlərinin (9940, 2 avro) əmək haqları ilə müqayisə oluna ilər.

F.Ollandın maası isə 14 999,78 avroya bərabərdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR