Həbs olunan jurnalisti 8 ilə qədər cəza gözləyir – AÇIQLAMA

 Pen-and-PaperQafqaz Xəbər Agentliyinin adından istifadə edən şəxs cəzasını alacaq

Ünvanımıza əsassız böhtanlar səsləndirən bəzi işbazlara və “jurnalist”lərə isə bir daha “keçmiş olsun” deyirik…

İyulun 9-da LEGİON.AZ saytında “Qafqaz Xəbər Agentliyinin adından istifadə edən fırıldaqçı saxlanıldı” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, 2014-сü ilin oktyabr ayında Qafqaz Xəbər Agentliyi jurnalist etikasına əsaslanaraq, Gədəbəydən olan ştatdankənar müxbir Qürbət Yusubovla əməkdaşlığına son qoymuşdu. Biz bu jurnalistlə əməkdaşlığımıza son qoyduğumuza dair Qafqaz Xəbər Agentliyinin saytlarında da məlumat vermişdik. Düz iki il ərzində bu şəxs barədə heç nə eşitmədik. Bu ilin aprel809840c113qurbetayında Gədəbəy rayon sakini Sara Abbasova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirib ki, özünü Qafqaz Xəbər Agentliyinin əməkdaşı kimi təqdim edən Qürbət Yusubov onun qızı Rəna Abbasovanın əmlak mübahisəsində kömək edəcəyini vəd edərək, üç min manata yaxın pul qoparıb. Bu məsələdən xəbər tutan Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədov DİN başçısı Ramil Usubova müraciət ünvanlamış,agentliyin adını çirkin maxinasiyalarda istifadə edən Qürbət Şahvələd oğlu Yusubovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilməsini xahiş etmişdi. İyulun 8-də biz öyrəndik ki, Q.Yusubov Şəmkir RPİ tərəfindən iyulun 6-da saxlanılıb.

“O, hələ də peşəkar jurnalist olduğunu bəyan edir. Qürbrət Yusubov bizə bildirib ki, o, Qafqaz Xəbər Agentliyindən könüllü gedib və hazırda başqa agentlikdə çalışır. Biz isə ona bildirdik ki, bu yalandır, onu Qafqaz Xəbər Agentliyində işdən qovublar”, – deyə Şəmkir RPİ-nin müstəntiqi Pakizə Quliyeva bildirdi. P.Quliyevanın sözlərinə görə, Qürbət Yusubov öz günahının bütün sübutlarını özü istintaqa təqdim edib. “Ona görə ki, vətəndaşlardan aldığı pulları poçtla almağa üstünlük verib.

Hazırda bizdə onun aldatdığı vətəndaşlardan pul almasını sübut edən qəbzlər var”, – deyə müstəntiq Legion.az-a qeyd edib. Pakizə Quliyevanın sözlərinə görə, bundan əvvəl Q.Yusubov vətəndaşları aldatdığına görə Qazaxda da hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. “Bir ay təcridxanada qalıb, daha sonra pulun bir qismini qaytarıb və yoxa çıxıb”, – deyə müstəntiq əlavə edib (LEGİON.AZ).

İyulun 26-da Qafqaznews.az olaraq, istintaqın gedişatı ilə maraqlandıq. Şəmkir RPİ-nin müstəntiqi Pakizə Quliyeva Qafqaznews.az-a bildirdi ki, Q.Yusubov barəsində 5 fakt üzrə cinayət işi açılıb və o, hazırda Gəncədəki təcridxanada saxlanılır. “İyulun əvvəlində istintaq işi məhkəməyə göndərilib. Qürbət Yusubovu 3 ildən 8 ilədək həbs cəzası gözləyir. Dövlət ittihamçısı İlqar Ağamirovdur”, – deyə P.Quliyeva qeyd edib. Onun sözlərinə görə, Şəmkir RPİ-də ancaq Şəmkir rayonunda yaşayan vətəndaşların şikayəti üzrə cinayət işi açılıb. İnanırıq ki, Qafqaz Xəbər Agentliyinin adından öz məkrli məqsədləri üçün istifadə edən hər kəs layiqli cəzasını alacaq.

SÖZARDI: Əziz oxucular! Bəzi sayt və ya hansısa şirkət rəhbərlərinin vaxtaşırı müstəqil və obyektiv araşdırma aparan mətbuata “reket” ittihamı səsləndirməsinə baxmayaraq, bu məsələdə nə qədər prinsipial olduğumuzu sübut etmişik və bundan sonra da bu prinsipallığımıza sadiq qalacağıq. Ölkəmizin müxtəlif rayonlarından bizimlə əməkdşalıq edən hər kəsə nəzarət etmək çətindir. Lakin bizim adımızdan istifadə edən hər hansı şəxsin çirkin işlər gördüyünə şahid olduğunuz halda, xahiş edirik, dərhal Qafqaz Xəbər Agentliyinə məlumat verəsiniz. Ünvanımıza əsassız böhtanlar səsləndirən bəzi işbazlara və “jurnalist”lərə isə bir daha “keçmiş olsun” deyir, daha yeni böhtanlar üzərində baş sındırmağı tövsiyə edirik.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR