Hamı bundan danışır – insanlar atlarla güləşdi-VİDEO

37940971İspaniyanın şimal-qərbində “Galisya” bölgəsində yerləşən “Sabucedo” kəndində insanların atlarla güləşdiyi “Repə das Bestas” beynəlxalq festival uğurla baş tutub.

XəzərXəbər Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, tarixi 500 il əvvələ gedib çıxan festivalda bu il 15 ölkədən 130-dək jurnalist iştirak edib.

Ümumilikdə 20 min izləyicinin qatıldığı festivalda yüzlərlə kişi və qadın 285 əhliləşdirilməmiş atla güləşib. Üç gün davam edən festival maraqla qarşılanıb.

Qeyd edək ki, İspaniyanın “Milli-mədəni tədbirləri” siyahısındakı “Repə das Bestas” festivalı atların əhliləşdirilməsi məqsədilə keçirilir və ən qədim festivallardan biri kimi tanınır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR