Hillari Klinton vitse-prezidentliyə namizədin adını açıqladı

91952323Hillari Klinton vitse-prezident postuna namizəd qismində NATO-nun Avropadakı qüvvələrinin sabiq ali baş komandanı, admiral Ceyms Stavridisi görür

Demokratlar Partiyadan ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton vitse-prezident postuna namizəd qismində NATO-nun Avropadakı qüvvələrinin sabiq ali baş komandanı, admiral Ceyms Stavridisi görür.

“Xəzər Xəbər” xarici mediaya istinadən məlumat verir ki, hazırda 61 yaşlı C.Stavridis Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanıdır.

Onun Demokratik Partiyadan vitse-prezidentliyə namizədliyinin partiya tərəfindən iyulun 25-28-də Filadelfiyada keçiriləcək qurultay ərəfəsində elan olunacağı gözlənilir.

Admiral “ağıllı güc”ün tətbiqinin tərəfdarı kimi tanınır. O, təhlülkəsizlik sahəsində beynəlxalq və dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR