İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib

600@0“Bakı Mexanikləşdirmə-1” ASC “Avesta Konsern” MMC-ni məhkəməyə verib.”Report”un məlumatına görə, ASC xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Avesta Konsern” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Avesta Konsern” MMC-nin sahibi hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konsern” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR