İbrahim Tatlısəsin ölüm xəbəri yayıldı

ibrahim_tatlises_0000001Məşhur sənətçi İbrahim Tatlısəsin ölüm xəbəri yayılıb.

Qafqaznews.az bildirir ki, 1xəbər.com-un verdiyi məlumata görə, adını açıqlamayan şəxsin 155 yardım xəttinə zəng edərək verdiyi xəbər polisi ayağa qaldırıb.

Zəng edənin “Tatlısəsi vuracaqlar” sözündən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

Polis xəbərin ciddiliyini araşdırmadan təcili olaraq İbrahim Tatlısəsə iki cangüdən təhkim edib.

Bu xəbərdən sonra İbrahim Talısəsin fanatları arasında sənətkarın komaya düşdüyü və hətta ölüm şayiələri yayılıb.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ildə silahlı basqına məruz qalmışdı. Başından yaralanan sənətkar dəfələrlə cərrahi əməliyyat keçirib və uzun müddət müalicə alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR