İsrail Knesseti uydurma “erməni soyqırımı”nın tanınmasını səsverməyə çıxarmayıb

390cf077c7446debbc2c154b57b7273eUydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ iyulun 5-də İsrail Knessetinin plenar iclasında səsverməyə çıxarılmayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Erməni Apostol Kilsəsinin Yerusəlim yeparxiyasının nümayəndəsi Koryun ata bildirib ki, Knesset məsələni müzakirə etsə də, səsverməyə çıxarmayıb, çünki hökumət nümayəndəsi məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif edib.

Onun sözlərinə görə, iclasın gedişində erməni və yəhudilərdən ibarət qrup Knessetin qarşısında “soyqırım”ın tanıması tələbi ilə etiraz aksiyası keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR