İstanbul birjası 2,3% düşüb, dollar 2,94 lirə olub

7c3204d5-acb1-4253-9b09-280654ba2c72_292Cümə günü Türkiyədə baş verən məlum hadisələrdən sonra bu gün, iyulun 18-də, İstanbul fond birjasının əsas indeksi sayılan BİST-100 2,3% azalaraq 80900 bəndə, rəsmi məzənnə isə 2,94 TRY/USD çatıb. “Report” “Bloomberg” agenliyinə istinadən xəbər verir ki, məlum çevriliş cəhdi hadisəsinin baş verdiyi saatlarda beynəlxalq valyuta bazarları açıq olduğundan TRY/USD məzənnəsi cümə günü, iyulun 15-də 5% artaraq 3,03-ə yüksəlmişdi. Bu gün səhər saatlarında isə siyasi konyunkturanın sabitləşməsi ilə məzənnə 3% geriləyərək 2,94 TRY/USD çatıb.

“Report” analitik qrupu hesab edir ki, BİST-100 indeksinin ölkədə siyasi sabitlik tam bərqərar olana qədər təzyiqlə üzləşəcəyi və 75000-80 000 bənd diapazonunda, məzənnəsinin isə qısa müddət ərzində 2,90-3,00 TRY/USD diapazonunda qalacağı ehtimal edilir. İlin sonuna doğru isə BİST-100 65000, məzənnə isə 3,20 TRY/USD səviyyəsinə yüksələ bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR